Erməni mayor: Ruslar bizim atamızdır, biz onların quluyuq

15:05 | 05.02.2014
Erməni mayor: Ruslar bizim atamızdır, biz onların quluyuq

Erməni mayor: Ruslar bizim atamızdır, biz onların quluyuq

Ermənistan heç vaxt müstəqil ölkə olmayıb və olmayacaq da.ANSPRESS xəbər verir ki, epress.am saytının verdiyi məlumata görə, bunu paytaxt İrəvanda dərs deyən hərbi hazırlıq müəllimlərindən biri, mayor deyib.Hadisə 139 saylı məktəbdə cərayan edib. Belə ki, siyasi dustaq hesab edilənlərdən biri Şanta Arutyunyanın övladı baş verənləri öz Facebook səhifəsində paylaşıb.“Mayor Qriqoryan dedi ki, Ermənistan heç vaxt müstəqil ölkə olmayıb və olmayacaq da. Yaxşı ki, bu belədir. Biz Rusiya olmadan yaşaya bilmərik. Ruslar bizim atamızdır. Biz isə qullarıq deyə müəllim dedi”.Daha sonra erməni şagird himn oxunan zaman güldüyü üçün adıçəkilən müəllimin onu vurduğunu yazıb.“Mayor məni təhqir etdi. Sonra isə o məni sinəmdən vurdu. Mən isə ona təpiklə cavab verdim. Əgər mən onu vurmasaydım, o məni öldürə bilərdi”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM