Ermənistanın vəzifəli şəxsləri və Qarabağ separatçılarının rəhbərləri son günlərini ön cəbhədə, səngərdə keçirirlər.
Virtualaz.org saytı arminfo-ya istinadən bildirir ki, Vayotsdzor vilayətinin qubernatoru Edqar Kazaryan avqustun 5-nə keçən gecəni ön xətdə olub və səngərdə əsgərlərlə birlikdə növbə çəkib. Separatçı “DQR” rejiminin “baş naziri” Ara Arutyunyan da həmin gecəni səngərdə keçirib.
Bundan əvvəlki gecə isə Sünik vilayətinin qubernatoru Vaqe Akopyan və Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov da səngərdə yatıblar.
Xəbərə görə, Ermənistanın baş naziri Ovik Abramyan isə intensiv atışmaların tez-tez baş verdiyi əraziyə - Tavuş vilayətinə müntəzəm olaraq baş çəkib vəziyyətlə yerindəcə tanış olur.
Erməni KİV-lərinin məlumatına görə, Ermənistanda və Dağlıq Qarabağda ön cəbhəyə getmək üçün könüllülər dəstələri yaradılmağa başlayıb.
Yada salaq ki, son həftə ərzində Ermənistan-Azərbaycan sərhədində, qoşunların təmas xəttində vəziyyək kəskin şəkildə gərginləşib. Qarşılıqlı atışma nəticəsində hər iki tərəfdən ölənlər və yaralananlar var.
ANN.Az