Erməni məmurun maşını qəzaya düşdü

14:50 | 18.09.2017
Erməni məmurun maşını qəzaya düşdü

Erməni məmurun maşını qəzaya düşdü

Ermənistanda İrəvan-Erasx avtomobil yolunda ağır yol qəzası baş verib.

AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, "Hyundai Sonata” ilə "Volkswagen” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar Masisdə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Qeyd olunub ki, qəzaya düşən "Hyundai Sonata” avtomobili İrəvan merliyinin balansındadır və merin müavini David Ohanyanın xidməti avtomobilidir. Qəza zamanı şəhər merinin müavini avtomobildə olmayıb. Sürücü və sərnişinlərin kimliyi haqqında məlumat verilməyib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM