Erməni məşqçi rusiyalı həmkarını koronavirusa yoluxdurdu

21:00 | 02.04.2020
Erməni məşqçi rusiyalı həmkarını koronavirusa yoluxdurdu

Erməni məşqçi rusiyalı həmkarını koronavirusa yoluxdurdu

Boks üzrə Rusiya millisinin məşqçisi Anton Kaduşində koronavirus simptomları aşkarlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli federasiyanın baş katibi Umar Kremlyov açıqlamasında bildirib. 
Onun sözlərinə görə, virus Kaduşinə Böyük Britaniyanın paytaxtı Londondakı Avropa Olimpiya Təsnifat Turnirindən qayıdarkən boks üzrə Ermənistan yığmasının məşqçisindən keçib.

Federasiya rəsmisi məşqçinin artıq özünü təcrid etdiyini və xəstəliyi yüngül formada keçirdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan boksçularının da iştirak etdiyi sözügedən turnir məhz koronavirus səbəbindən dayandırılıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM