Erməni mətbuatı: “Ölkə iqtisadi böhran mərhələsinə girib”

18:36 | 07.10.2014
Erməni mətbuatı: “Ölkə iqtisadi böhran mərhələsinə girib”

Erməni mətbuatı: “Ölkə iqtisadi böhran mərhələsinə girib”

ANN.Az Musavat.com-a istinadən məlumat verir ki, Ermənistanın iqtisadi-maliyyə göstəriciləri ildən-ilə pisləşməkdə davam edir. Bunu ekspertlərlə yanaşı, indi yerli aparıcı mətbuat da etiraf edir. 

 “Aykakan Jamanak” qəzeti yazıb: “Son dövr dərc edilən rəsmi statistik göstəricilər ölkənin iqtisadi böhran mərhələsinə daxil olmasından xəbər verir. Vəziyyət hardasa 2008-2009-cu ildəkinə çox bənzəyir. 5 il öncəki kimi, indi də Ermənistanda özəl transfertlərin azalması, daşınmaz əmlak bazarında passivlik, xarici sərmayələrin həcminin azalması, sənaye göstəricilərinin pisləşməsi müşahidə edilir”. 

Mütəxəssislərin fikrincə, Ermənistanın Rusiyadan iqtisadi asılılığı, sonuncunun isə Qərbin sərt iqtisadi sanksiyaları altına düşməsi vəziyyəti daha da ağırlaşdıra bilər.    

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti