"İdmanı siyasət ilə qarışdırmaq lazım deyil”.
Erməni heyəti qarşısında Avropa Oyunlarına getmək və ya getməmək məsələsi olmayıb.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın gənclər naziri Qabriel Kazaryan bəyan edib.
"İdmanı siyasət ilə qarışdırmaq lazım deyil. Bu, Beynəlxalq Milli Olimpiya Komitəsinə daxil olan Avropa komitələrinin keçirdiyi oyunlardır. Ona görə də Ermənistanın Bakıda keçirilməsi səbəbindən getməməyə əsasımız yox idi”, - Kazaryan deyib.
Nazir əlavə edib ki, o, özü şəxsən erməni komandası ilə əlaqə qurur və onun vəziyyəti barədə xəbər tutur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !