Erməni nazir: “Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi olmayacaq”

18:12 | 02.06.2014
Erməni nazir: “Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi olmayacaq”

Erməni nazir: “Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi olmayacaq”

Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi olmayacaq.APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan deyib. Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbulunun rəsmi İrəvanı narahat edib-etməməsinə gəldikdə isə K.Çşmarityan heç nəyin dəyişmədiyini və bundan sonra da separatçı “DQR”də istehsal olunan məhsulların MDB, Avropa və dünyanın digər ölkələrində sərbəst satılacağını bildirib. “Bəyəm biz hansısa beynəlxalq təşkilatca Dağlıq Qarabağla birgə təmsil olunuruq? ÜTT, MDB və yaxud digər qurumda?”, - deyə o vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM