Erməni nazir: "Müharibəyə hazır olmalıyıq"

14:28 | 06.08.2014
Erməni nazir: "Müharibəyə hazır olmalıyıq"

Erməni nazir: "Müharibəyə hazır olmalıyıq"

Ohanyan səksəkə içində olan ermənilərə müraciət edib

Ermənistan müdafiə naziri Seyran Ohanyan müharibə səksəkəsi ilə yaşayan erməni xalqını sakitləşdirəcək bəyanat verib. 

ANS PRESS-in məlumatına görə, Ohanyan bugünki mətbuat konfransında belə çxış edib. "Münaqişə lokal həddə çata bilər, ancaq genişmiqyaslı müharibə ehtimalı aşağıdır. Hər ehtimala qarşı hazır olmalıyıq".

O, qeyd edib ki, Azərbaycan hər zaman müharibəyə hazırlaşır və bunu nəzərə alaraq erməni qüvvələri də bütün lazımi addımlara başlamalıdır. Ohanyan bu sözlərdən sonra "Sülh istəyirsənsə - müharibəyə hazırlaş"- deyə vurğulayıb.

Ermənistan müdafiə naziri ictimaiyyətə üz titaraq, "biz cəmiyyətin bir hissəsiyik və biz cəmiyyətə nümunə olmalıyıq!"-deyib.

Xatıladaq ki, son bir necə gündə Ermənistan silahlı qüvvələrinin cəbhədə fəallığı artıb. Hərbçilərimizin sayıqlığı nəticəsində bir necə dəfə erməni diversiyasının qarşısı alınıb. Düşmən itki verərək geri çəkilib. 

Təəssüf ki, bu zaman Milli Ordunun da itkiləri olub. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM