Erməni ordusunda yaralıların sayı gizlədilir

12:08 | 07.10.2017
Erməni ordusunda yaralıların sayı gizlədilir

Erməni ordusunda yaralıların sayı gizlədilir

Ermənistan ordusunda növbəti gizli faktların üstü açılıb.AzVision.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu faktları Ermənistan Səhiyyə Nazirliyinin baş plastik cərrahı Artavazd Sahakyan Qarabağ cəbhəsində yaralanan erməni hərbi qulluqçularının tibbi əməliyyat prosesindən danışarkən açıqlayıb.
 
A.Sahakyan qeyd edib ki, bir neçə gün əvvəl müddətli hərbi qulluqçu Davit Nazaryan 15 saat tibbi əməliyyata məruz qalıb: "Əsgərin sözlərinə görə məşğələ zamanı arı sancmasından yayınmaq üçün qəfl hərəkət edərkən əli "Vasilyok” markalı minaatanın altında qalıb. Onun kəsilmiş barmaqları əməliyyat yolu ilə bərpa edilib. Erməni ordusunda 1 il 4 aydır qulluq edən əsgər tezliklə Mərkəzi Hərbi Hospitala köşürüləcək”.

Baş plastik cərrah bildirib ki, digər əsgər Eçmiədzin sakini, müddətli xidmət hərbi qulluqçusu Taron Harutyunyan 23 iyul 2017-ci ildə Qarabağda yaralanıb: "Dediyinə görə cəbhədə snayper atəşindən yaralanıb. O, Ağdərə hospitalında əməliyyat edilib, daha sonra Xankəndi hospitalına köçürülüb, 2 gün sonra İrəvana təxliyyə edilib. Taron Harutyunyanın aldığı güllə yarasından sağ qol nahiyəsində sinirləri mikrocərrahiyyəyə məruz qalıb. Cərrahiyyə əməliyyatı 4 saat davam edib. Onun üçün uzunmüddətli müalicə nəzərdə tutulub. Əsgər, Talışda xidmət edib və aprel döyüşlərində iştirak edib”.

A.Sahakyan deyib ki, tibb müəssisəsində 34 yaşlı Vitali Danielyan adlı erməni hərbçisi də müalicə edilir: "Bu erməni hərbiçisi də Qarabağda odlu silah yarasından ağır yaralanıb. Onun üzərində 8 saat davam edən ağır əməliyyat keçirilib. Sol qolunda sümüyün bütövlüyü əməliyyat yolu ilə bərpa edilib və sinir transplantasiyası eyni əməliyyat zamanı həyata keçirilib. 12 sm uzunluğunda sümük çatışmazlığı aradan qaldırılıb”.

Ermənistan Səhiyyə Nazirliyinin baş plastik cərrahı, Mxitar Heratsu adına İrəvan Dövlət Tibb Universitetinin plastik və mikro cərrahiyyə kafedrasının müdiri Artavazd Sahakyan bildirib ki, daim Ermənistan Silahlı Qüvvələri hərbi Tibb İdarəsi ilə əməkdaşlıq edirlər: "Zərurət olduğu halda universitetin 1 nömrəli xəstəxana kompleksində tibbi əməliyyatlar həyata keçirilir. Hazırda xəstəxanada müxtəlif vaxtlarda yaralanan hərbi qulluqçuların müalicəsi davam etdirilir”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM