Erməni politoloq: "Qorxuram ki, Azərbaycan bu minvalla davam etsin"

17:12 | 23.01.2015
Erməni politoloq:

Erməni politoloq: "Qorxuram ki, Azərbaycan bu minvalla davam etsin"

"Qafqaz" institunun direktoru Aleksandr İsgəndəryan son günlər təmas xəttində baş verən gərginlikdən yazıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, təmas xəttində gərginliyin artdığını və bunun belə də davam edəcəyini bildirib.

"Gərginlik 2014-cü ilin sonundakı kimi olacaq. Texniki cəhətdən Azərbaycan tərəfinin qarşısını almaq çox çətindir. Qorxuram ki, Azərbaycan bu minvalla davam etsin", - deyə politoloq bildirib. O, həmçinin Qarabağda müharibənin başlama ehtimalından da danışaraq buna inanmadığını bildirib.

Qeyd edək ki, bu gün cəbhədə Ermənistanın Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb.

Müdafiə nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM