Erməni politoloq: “Rusiya arvadını niyə qorumur?”

16:54 | 09.06.2014
Erməni politoloq: “Rusiya arvadını niyə qorumur?”

Erməni politoloq: “Rusiya arvadını niyə qorumur?”

“Müstəqillik günü Putin Əliyevə təbrik məktubu göndərdi, amma Sərkisyanı təbrik etmədi”.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni politoloq Kayts Minasyan çıxış edib. O, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanı özlərinə strateji tərəfdaş sayması məsələsinə münasibət bildirib:
 
“Əvvəllər Rusiya Cənubi Qafqazda strateji tərəfdaşının Ermənistan olduğunu deyirdi. Bu günlərdə isə Rusiya Azərbaycanı özünə yaxın bilir. Rusiya bəzən bizim ilə, bəzənsə Azərbaycanla  öz maraqlarının müdafiəsi naminə belə davranır. Onlar Ermənistan və Azərbaycan arasında balansı qorumağa çalışır. Bu cür bəyanatlar Bakı üzərində nəzarəti itirməməyə hesablanıb. Biz müharibədə qalib gəldik və bu bizə diplomatik fəaliyyətdə bir addım öndə olma fürsəti verdi”.
 
Daha sonra Azərbaycanın Naxçıvan istiqamətində fəallaşmasını önə çəkən erməni politoloq bildirir ki, bu hücumun Qarabağ məsələsinə aidiyyəti yoxdur, çünki Azərbaycan Ermənistana hücum edir.
 
“Onsuz da 2008-ci ildən bu yana Ermənistanın heç bir diplomatik fəaliyyəti yoxdur. Erməni diplomatiyası Rusiya diplomatiyasının bir parçası olub. Lakin biz dövlətik, millətik və bizim də qürurumuz var. Əgər bir şey edilməzsə, zərbələr bir-birinin arxasınca gələcək. Niyə sizə qalib gəlmələrinə icazə verirsiniz? Ermənistan sözdə Rusiya ilə evlidir. Bəs nə üçün Rusiya arvadını gücləndirmək əvəzinə sakit qalır? Yenə qeyd edirəm ki, Rusiya yalnız öz maraqlarını güdür. Məsələn, Müstəqillik günü Putin Əliyevə təbrik məktubu göndərdi, amma Sərkisyanı təbrik etmədi”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM