Musavat.com xəbər verir ki, belə bir fikri Ermənistanın Kanadadı keçmiş səfiri, "Modus vivendi” analitik mərkəzinin rəhbəri Aar Papyan söyləyib.
Onun sözlərinə görə, Qarabağ de-fakto Ermənistanın bir vilayətidir: "Müvafiq şəkildə yerli hakimiyyət də vilayət rəhbərliyidir”.
"Müstəqillik təkcə Azərbaycandan müstəqil olmaq demək deyil, bütüm ölkələrdən, o cümlədən Ermənistandan müstəqil olmaq deməkdir. Ancaq Qarabağ necə müstəqil ola bilər ki, onun iqtisadiyyatı bütünlüklə Ermənistanın verdiyi (ötən il o, 112 milyon olub) əvəzi ödənməyən kreditlərə əsaslanıb? Dağlıq Qarabağın hərbi təhlükəsizliyini də bütövlükdə Ermənistan təmin edir. Dünyada da Qarabağı Ermənistan təmsil edir. Qarabağ heç Minsk Qrupunda da yoxdur. Deməli, bizdən savayı heç kim Qarabağın müstəqilliyini tanımır”, - deyə Papyan separatçı rejimə xitabən bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !