Erməni polkovnik: "Azərbaycan tankları təmas xəttinə cəmləşdirilib"

09:35 | 05.09.2017
Erməni polkovnik:

Erməni polkovnik: "Azərbaycan tankları təmas xəttinə cəmləşdirilib"

«Ötən ilin aprelində bizim dərin videomüşahidə vasitələrimiz yox idi deyə Azərbaycan tərəfinin qüvvələrinin hərəkətini izləyə bilmirdik. Məsələn, gündüz rəqib təmas xəttinə iki tank çıxarırdı, ertəsi gün axşam isə öz qüvvələrini yeni tankların irəli yeridilməsi hesabına artırırdı. Lakin biz onları izləyib saya bilmirdik ki, nə qədər tank gəlib. Ancaq səsləri eşidilirdi”.

Avropa.info virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Dağlıq Qarabağdakı qondarma rejimin "müdafiə nazirliyinin” operativ idarəsinin rəisi, polkovnik Viktor Arustamyan deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu texnikanın müntəzəm yerdəyişməsini həyata keçirərək aldadıcı manevrlər edirdi, nəticədə onların məqsədini başa düşmək olmurdu.

"Dərin kəşfiyyat vasitələrimiz olmadığından rəqibin bu hərəkətləri bizi çaşdırdı və hadisələrə həmin məqam reaksiya verə bilmədik”-Arustamyan əlavə edib.
İndi isə polkovnik Arustamyanın dediyi kimi, erməni mövqeləri videomüşhidə sistemləri ilə təchiz edildiyindən təmas xəttində baş verənləri izləmək mümkün olur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM