Erməni polkovnikdən ölkəsi haqqında şok etiraflar

18:00 | 02.02.2014
Erməni polkovnikdən ölkəsi haqqında şok etiraflar

Erməni polkovnikdən ölkəsi haqqında şok etiraflar

“Biz bölgədə hər hansı bir rol oynamaq şansını çoxdan itirmişik”. 

"Axar.az” xəbər verir ki, bu açıqlama ilə keçmiş siyasi məhbus, ehtiyatda olan polkovnik Aşot Zakaryan çıxış edib.

O, cəbhədə vəziyyətin gərginləşməsindən sonra Ermənistanın müharibəyə hazırlığını şərh edərkən deyib: "Mən yenə deyirəm ki, əsas söz həmişə olduğu kimi fövqəldövlətlərdədir. Təəsüf ki, Ermənistan bölgədə hər hansı rol oynamaq şansını çoxdan itirib. Ermənistandakı seçkilərin saxtaşdırılması, ölkəni oliqarxların idarə etməsi, iqtisadiyyatın məhv olması və emiqrasiya əsas problemlərdir. Düşünürəm ki, indiki zamanda Azərbaycandan daha vacib problem əhalinin kütləvi sürətdə ölkədən getməsidir. Təəssüf ki, bunları etiraf etmək lazımdır”.

Qeyd edək ki, Aşot Zakaryan hazırda iqtidarda olan “Respublika” partiyasının bölgə üzrə əsas nümayəndəsi vəzifəsini icra edib.

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM