Türkiyədə ermənilərin nəşr etdiyi "Agos” qəzeti repressiyaya məruz qalan azərbaycanlı şair Mikayıl Müşfiqin şeirinə bəstələnmiş mahnıdan bəhs edən yazı dərc edib. Samson Martirosyan imzası ilə verilən məqalə Müşfiqin həyat yoldaşı Dilbərə yazdığı, xalq artisti Zeynəb Xanlarovanın oxuduğu "Qal sənə qurban” mahnısının tarixi ilə bağlıdır.
S.Martirosyan daha sonra Dilbərə yazılan mahnıdan bəhs edir: ""Sənə qurban” şeiri də Dilbərin hafizəsində qaldığı halıyla "Ulduz” dərgisində çıxır və həmin il Ələkbər Tağıyev tərəfindən bəstələnir. İlk dəfə Zeynəb Xanlarovanın oxuduğu mahnı çox bəyənilir, Azərbaycanda məşhur olur, digər Sovet respublikalarına da yayılır... Xanlarovanın Ermənistandakı köhnə nəsil heyranları da bu mahnını xatırlamaqdadırlar”.
S.Martirosyan yazısına belə davam edir: "Mahnının kökünü bu gün çoxları bilmir. Müşfiqin dərc etməyi heç zaman düşünmədiyi eşq sözləri təkcə Azərbaycanda deyil, erməni diasporasının qeyri-rəsmi paytaxtı Beyrutda da məşhur mahnı olub... Tezliklə Suriyada "Sah al Nom” adlı sevilən bir televiziya serialının musiqisi olaraq ərəbcə versiyonu çıxıb. Filmin son səhnəsində Ğawar obrazını canlandıran məşhur komediyaçı Duraid Lahhamın "Fatum, Fatum” adlı bu mahnını söyləməsi "Karun, Karun”un məşhurluğunu göstərir. "Karun, Karun”un çıxmasından bir il sonra, 1974-cü ildə Türkiyədə "Mavi muncuq” filmi yayımlanır. Açılış səhnəsində Emel Sayın filmə adı verilən mahnını səsləndirir. Mahnı bir neçə fərqliliklərlə "Sənə qurban” və "Karun, Karun”un nəğməsi üzərində yazılıb... Mahnı daha sonra Yunanıstana yayılır. Nikolau Filipos mahnını yunanca oxuyur. "Pare, pare, pare me” adlı mahnının nəqəratı belədir: "Al, al, al məni, öp, öp, öp məni”...Bu azəri mahnısı beləcə 70-lərin ortalarına gələnə qədər dörd dildə daha yayımlanıb: ermənicə, ərəbcə, türkcə, yunanca”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !