Bir dəstə erməni gənci may ayında Azərbaycanın işğal edilmiş Zəngilan rayonuna gediblər və orda müxtəlif cür fotoşəkillər çəkdiriblər. ANN.Az ANSPRESS-ə istinadən xəbər verir ki, şəkillər sosial şəbəkədə yer alıb. Erməni gənclər Şayıflı kəndinə gedən yolda, Çinar meşəsində, yiyəsiz qalmış Oxçu çayı körpüsündə, Zəngilan şəhərinin dağıdılmış qəbiristanlığında şəkillər çəkdiriblər. Qeyd edək ki, ermənilər bu cür şəkilləri tez-tez çəkdirirlər və belə şəkillər həmin ərazilərdə məskunlaşmaq görüntüsü yaratmaq üçündür. Amma şəkillərdən belə görünür ki, Ermənistan ordusu vaxtı ilə 1 milyon adamın yaşadığı yaşayış məntəqələrini xarabazara çevirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !