Baş nazir Ovik Abramyanın arzularının üstündən xətt çəkildi
Rusiya-Gürcüstan sərhədində yerləşən Verxniy Lars zastavasının sürüşmə üzündən bağlanması ermənilər tərəfindən milli faciə kimi dəyərləndirilib.
ANS PRESS-in məlumatına görə, ermənilər əsas faciənin Rusiyaya məhsul ixracının dayanması ilə bağlı olduğunu vurğulayıblar. Məsələnin ən tragikomik tərəfi onunla bağlıdır ki, baş nazir Ovik Abramyanın faciədən bir saat qabaq gurultulu çıxış edərək Rusiyaya mal göndərənləri şəxsən maliyyələşdirməyə hazır olduğunu bildirmişdi. Yəni baş nazir özünə şərik olmaq istəyən alverçilər axtarırmış. Amma təbii fəlakət Ovik Abramyanın iştahının üstündən xətt çəkdi.
Baş nazirin bu təlaşı erməni şərhçilərin diqqətindən də qaçmayıb. Erməni şərhçi Akop Badalyan məsələ ilə bağlı isti-isti yazdığı məqalədə bildirib: “Rusiya səfiri Volınkin, yəqin Ermənistan rəhbərliyinə tövsiyyə edir ki, Rusiyadan Ermənistana aparan yeganə quru yolun bağlanmaması üçün təbii fəlakətlərlə məsələni həll etsinlər”.
ANN.Az