Dağlıq Qarabağda erməni separatçılarını dəstəkləyən və onlara maliyyə yardımı edən rusiyalı iş adamı Levon Ayrapetyan ölüb.
Anews.az-ın erməni KİV-ə istinadən məlumatına görə, milyarder oktyabrın 18-də 68 yaşında dünyasını dəyişib.
Onun ölümünü qohumları da təsdiqləyiblər. L.Ayrapetyan Moskvada dəfn olunacaq.
Qeyd edək ki, biznesmen 2016-cı ildə Moskvada dələduzluqda ittiham olunaraq, həbs edilmişdi, lakin səhhətində yaranan problemlərə görə bir müddət sonra azadlığa buraxılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !