Erməni separatçıları Kəlbəcərə gedən bütün yolları minalayırlar

17:37 | 17.07.2014
Erməni separatçıları Kəlbəcərə gedən bütün yolları minalayırlar

Erməni separatçıları Kəlbəcərə gedən bütün yolları minalayırlar

Erməni separatçılar Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gedən bütün yolları taparaq minalayırlar. Bu barədə cümə axşamı Ermənistanın müdafiə naziri Seyran Ohanyan hökumətin iclasında deyib. Trend-in məlumatına görə, xəbəri "tert.am" saytı yazıb.
Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb. Bununla əlaqədar, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.
Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM