Erməni üzümçüləri etiraz aksiyası keçirir - VİDEO

16:35 | 23.09.2021
Erməni üzümçüləri etiraz aksiyası keçirir - VİDEO

Erməni üzümçüləri etiraz aksiyası keçirir - VİDEO

Ermənistanda bir qrup üzümçü hökumət binası qarşısında etiraz aksiyası keçirir.

Bu barədə məlumatı "Aysor.am” informasiya portalı yayıb.

Üzümçülərin sözlərinə görə, onlar əllərində qalan təqribən 30 ton üzümü sata bilmirlər və hökumətdən yaranmış vəziyyətlə bağlı cavab tələb edirlər.

Aksiya iştirakçılarından biri bildirib ki, 2018-ci ildə Nikol Paşinyan üzümçülərə bundan sonra heç bir problemin olmayacağını vəd etsə də, indi onların məhsullarını heç kim almır. Həmçinin qeyd olunur ki, bazarın əsas oyunçularından olan "Noy” şirkəti yerinin olmadığını iddia edərək istehsalçılardan üzüm almağı dayandırıb.

Bu, erməni üzümçülərin ilk belə etiraz aksiyası deyil. Belə ki, üzümçülər sentyabrın əvvəlində İrəvan-Yerasx avtomobil yolunun Şaumyan kəndindən Taperakan kəndinə gedən hissəsini bağlamışdılar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM