Erməni VƏHŞİLİYİ: ata 3 qızını zorladı - TƏFƏRRÜAT

09:47 | 27.09.2018
Erməni VƏHŞİLİYİ: ata 3 qızını zorladı - TƏFƏRRÜAT

Erməni VƏHŞİLİYİ: ata 3 qızını zorladı - TƏFƏRRÜAT

Narkotacir Mixail Xaçaturyanın ölümü ilə bağlı Moskvanın Basman əyalət məhkəməsində proses davam edir.

GoldNews.az xəbər verir ki, Mixail Xaçaturyanın ölüm işini araşdırmış müstəntiq məhkəmədə atalarının ölümündə təqsirli bilinən Angelina, Mariya və Kristina bacılarının azadlığa buraxılmasını istəyib.

Vəkil Pavel Çikov isə aralarında ən azyaşlı olan Mariyanın qeyd-şərtsiz buraxılmasını, digər bacıların isə ev dustağına verilməsini istəyib.

Xatırladaq ki, bu il iyul ayının sonlarında yaşadığı mənzilin girəcəyində doğranmış vəziyyətdə tapılan Mixail Xaçaturyan Moskvada məşhur narkotacirlərdən hesab olunur. Qanunsuz əməllərinə görə bir neçə dəfə həbs olunan Xaçaturyan öz qızlarına qarşı zorakı əməllər də törədib.

Açıqlamalarında atalarının onları zorladığını deyən qızlar artıq vəziyyətin dözülməz həddə çatdığını və buna görə atalarını öldürmək qərarına gəldiklərini qeyd ediblər.

İşlətdikləri cinayətə görə həbs edilən bacılar barədə hələ ki, Basman məhkəməsi yekun qərar verməyib. Qızların həbsi dekabrın 28-dək uzadılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM