Erməni vertolyotu niyə vuruldu - Müharibə başlayır? - AÇIQLAMA

18:01 | 12.11.2014
Erməni vertolyotu niyə vuruldu - Müharibə başlayır? - AÇIQLAMA

Erməni vertolyotu niyə vuruldu - Müharibə başlayır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu gün qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Bununla bağlı ANN.Az müxbiri hərbi ekspert Üzeyir Cəfərlinin fikirlərini öyrənib. 
Hərbi ekspert hadisənin müharibənin başlanğıc siqnalı olmadığını bildirib:
"Bu, Ermənistanın növbəti təxribatı və məsuliyyətsizliyidir. Bu məsuliyyətsizlik də hərbi vertolyotun vurulmasına gətirib çıxardı. Ermənilər özü də bilir ki, Azərbaycan Hava Qüvvələri 24 saat ölkəmizin hava sərhədlərini izləyir. Bu Ermənilərin növbəti təxribatıdır ki, Azərbaycanın hava sərhədini pozublar. Buna görə beynəlxalq güclər Ermənistana öz təzyiqini göstərməlidir. Hesab edirəm ki, komandanlığın qəbul etdiyi qərar düzgün qərardır". 
"Vertolyotun itkisi onlar üçün böyük zərbə olacaq. Buna görə səs-küy salacaqlar. Amma fikir vermək lazım deyil. Erməni vertolyotunun Azərbaycanın beynəlxalq müstəvidə tanınan hava ərazilərində nə işi var ki, belə hallar olur. Düşünürəm ki, onlara bundan kəskin zərbələr vurmaq lazımdır. Düşmənin bu hərəkəti yetərincə öz cavabını almalıdır", deyə ekspert bildirib.
Ü.Cəfərli mətbuatda yayılan erməni hərbi ZİL-inin vurulması xəbərinə də münasibət bildirib:
"Son günlər ermənilərin həyasızlığı elə həddə çatıb ki, Azərbaycan əsgəri onlara lazımi cavab verir. Orda təkcə ZİL yox, bir sıra başqa itkilər var. O itkilər ermənilərə bir siqnal olmalıdır və onlar bilmədir ki, ordumuz hər zaman ayıq-sayıqdır"
Tofiq ƏLİ
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM