Erməni vitse-spiker Qarsı erməni şəhəri adlandırdı

21:00 | 25.10.2014
Erməni vitse-spiker Qarsı erməni şəhəri adlandırdı

Erməni vitse-spiker Qarsı erməni şəhəri adlandırdı

“Üstündən az qala, 100 keçib, ancaq Qars qədim erməni şəhəri olaraq qalır”. 
Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan Ermənistan ərazisində və Qars əyalətində keçirilən 3-cü erməni-Rusiya elmi-turistik ekspedisiyanın yekunları ilə bağlı danışarkən deyib. 
“Biz imkan verməməliyik ki, bu ərazilərdə erməni izləri itsin” - əlavə edib erməni rəsmisi. Ermənistanın Turizm İnstitutunun rektoru Robert Minasyan isə bildirib ki, “əgər əvvəllər Qars sakinləri orada ermənilərin yaşadığını inkar edirdilərsə, indi bu faktı etiraf edirlər”.
Qeyd edək ki, ekspedisiya oktyabrın 17-dən 25-ədək keçirilib 2-ci Dünya savaşında faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Yəqin ki, Türkiyə tərəfi sırf xoş niyyətlə bu tədbirə imkan yaradıb. Ancaq göründüyü kimi, erməni xisləti yenə də özünü aşkar büruzə verib.
Musavat.com
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM