Erməni yalanları nüfuzlu alman kanalında ifşa edildi

16:11 | 30.10.2020
Erməni yalanları nüfuzlu alman kanalında ifşa edildi

Erməni yalanları nüfuzlu alman kanalında ifşa edildi

Ermənistan iqtidarında təmsil olunanların beynəlxalq mediada gülünc vəziyyətə düşməsi artıq silsilə kimi davam edir. Ermənistan hakimiyyət nümayəndələri dəfələrlə xarici KİV nümayəndələrinin sualları qarşısında qeyri-adekvat münasibətləri və təxribatçı açıqlamaları ilə yadda qalıblar. 

Ermənistan baş nazirinin "BBC”-yə verdiyi müsahibədə ortaya qoyduğu "mövqe” və təhrif olunmuş açıqlamalar uzun müddət müzakirə hədəfinə çevrilmişdi.

22 oktyabrda Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan "Deutsche Welle” agentliyinə müsahibəsində də növbəti dəfə öz ölkəsini biabır edib.  

Aparıcı Sara Kellinin aydın və konkret suallarına Mnatsakanyan yalanlarla qarşılıq verir:
- Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Ermənistan mübarizəni davam etdirmək üçün hansı məsuliyyəti həyata keçirir?

- "Moskvada humanitar atəşkəs elan edildi, biz humanitar atəşkəsə əməl etdik” deyən Zohrab Mnatsakanyan beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir. Halbuki, elə beynəlxalq mediaya da bəllidir ki, humanitar atəşkəsi elə ilk dəqiqələrdən pozan da məhz Ermənistan tərəfidir.

Daha sonra Sara Kelli soruşur, "üzr istəyirəm, Azərbaycan tərəfi bildirir ki, ötən gün   Gəncədə   raket hücumu nəticəsində 14 insan öldürülüb.  Siz isə deyirsiniz ki, atəşkəsə əməl etmisiz.”

Mnatsakanyan bundan sonra da yalan danışır və qeyd edir ki, Dağlıq Qarabağ qüvvələri atəşkəsə əməl edib.

 Sara Kelli bu məqamda da onun sözünü kəsib deyir ki, hər iki tərəf ziyandan danışır,  siz belə deyirsiz, qarşı tərəf belə deyir, sizdən biri yalan deyir bu məqamda. Mnatsakanyan yenə yalançı psixologiyanı nümayiş etdirdiyini bəyan edir. Aparıcının suallarına qeyri-dəqiq cavab verən Mnatsakanyan Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar ruhuna zidd olan təxribatçı "Qarabağ Ermənistandır” sayıqlamasını təkrarlayır. Bununla da nümayiş etdirir ki, Ermənistanın işğalçılıq mahiyyəti heç bir formada dəyişməyəcək. 22 oktyabrdakı müsahibədə Ermənistan XİN rəhbəri sona qədər döyüşəcəklərini söyləyib daxili auditoriyaya yönəlik pafosdan bəhs etsə də, əslində olan odur ki, Ermənistan dünya ölkələrinə atəşkəs yalvarışları etsə də, xarici KİV izləyicilərinə başqa ritorika nümayiş etdirir. 

Almaniyanın "Deutsche Welle” beynəlxalq yayım kompaniyasının "Conflict Zone/Konflikt Zonası” proqramında Sara Kellinin suallarını cavablandıran Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyana ünvanlanan ilk sual aşağıdakı kimidir:

Aparıcı: Ermənistanın münaqişənin yenidən alovlanmasında rolu nə qədərdir? Əgər Ermənistan sülh istəyirsə, nə üçün Ermənistanın baş naziri bir il əvvəl mübahisə zonası olan Dağlıq Qarabağa səfər edərək "Qarabağ Azərbaycandır və nöqtə” deyərək bölgənin Ermənistana reunifikasıyasına çağırdı və kütlə tərəfindən 1980-90-cı illərdə Qarabağın Azərbaycandan alınması üzrə yayılan şüarların səsləndirilməsinə şərait yaratdı. Bu sizin tərəfinizdən olan açıq provokasiya deyilmi?

Suala cavab verərkən nazirin "Baş nazir bu ifadələrlə Dağlıq Qarabağın illərdir üzləşdiyi təhlükə kontekstində Ermənistanın bölgənin təhlükəsizlik üzrə yeganə qarantoru ola biləcəyini nəzərdə tutub” kimi qeydinə və həmin ifadələrdən konstekt çıxarılmasını ifadə edən mövqeyinə aparıcının münasibəti isə qəti olub – "Ermənistan Baş naziri bu ifadələri birbaşa özü bu cür səsləndirib”.

Aparıcı: "Biz Ermənistanın mövqeyi, ritorikası və indiyədək olan davranışları haqqında danışırıq. Ermənistandan Qarabağa çəkilməsi nəzərdə tutulan üçüncü yol məsələsinə gəldikdə Avropa Parlamenti Komitələri bunu açıq bəyanatla pisləyərək bildirib ki, qeyd edilən yolun çəkilişi münaqişənin tərəfi olan Azərbaycanın və müvafiq səlahiyyətli nümayəndələrin razılığı olmadan beynəlxalq hüquq normalarının pozulmasını əhatə edir. Yol çəklişinin nəzərdə tutulması Ermənistan və onun tərəfindən dəstəklənən rejimin konkret açıq addımlarıdır. Bütün bunlar sadəcə söz deyil, açıq provokasiyalardır. Buna münasibətiniz necədir?”

Bu sualın əsas məqamlarından yayındırıcı cavablar verən nazirin sözünü kəsən aparıcı sualının məqsədinin əsasən Ermənistan tərəfindən edilən provokasiyalara münasibəti öyrənmək olduğunu bildirib. Mnatsakanyan bu sualdan çıxış yolu kimi provokasiyaların illərdir əsasən Azərbaycan tərəfindən Dağlıq Qarabağda yaşayan əhalini izolyasiyada saxlamaq şəklində həyata keçirildiyi kimi açıq yalan danışıb. Orada yaşayan insanların sülh və təhlükəsizlikdə yaşamağa haqqları olduğunu ifadə edən nazirin cavabına aparıcı yenidən münasibət bildirərək sualının daha çox Qarabağa Ermənistandan yol çəkilməsini nəzərdə tutduğunu qeyd edib.

Daha sonra...

Aparıcı: "Qarşı tərəfin provokasiya olaraq gördüyü digər bir akt isə ondan ibarətdir ki, Dağlıq Qarabağda oradan köçürülmüş bir milyon Azərbaycanlının iştirakı olmadan keçirilmiş "seçkilər” və Şuşada baş tutmuş inaqurasiya mərasimi Avropa Birliyi tərəfindən də qeyri-qanuni olaraq qəbul edilib. Siz bunu necə dəyərləndirirsiniz? Avropa Birliyi qeyd edir ki, həmin prezident və parlament seçkiləri konsitusional və hüququ çərçivəyə malik deyildir”. 

Bu suala da cavab verməkdə çətinlik çəkən erməni nazir Dağlıq Qarabağda yaşayan əhalinin də demokratik seçkilər keçirmək hüququna malik olduğunu qeyd edərkən Azərbaycanda  demokratiyanın səviyyəsinə toxunmağa və bununla da yenə sualın əsas cavablarından yayınmağa çalışıb.

Aparıcı: "Sizin üçün ərazilər sülhdən daha vacibdir? Nə üçün Ermənistan Minsk Qrupu tərəfindən irəli sürülmüş həll yollarının icrası üzrə indiyədək heç bir addım atmayaraq Dağlıq Qarabağ ətrafı rayonların geriq qaytarılması üçün tədbir görməyib?”

Bununla bağlı erməni nazir əsaslı münasibət bildirmədən təkrar qeyri-adekvat cavablardan istifadə edib. Həmin məqamda aparıcı yenidən Ermənistanın sülh prosesinə maraqlı olub-olmaması məsələsinə dair dolğun cavab almaq üçün yeni sualla çıxış edərək ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Milin də hadisələrə bildirdiyi münasibətinə diqqət çəkərək keçmiş səfirin öz açıqlaması ilə Ermənistanın sülh istəyən mövqeyinə inam ifadə etmədiyini qeyd edib.

Suallarına dolğun cavablar ala bilməyən aparıcı yeni məqama toxunaraq bildirib ki, beynəlxalq böhran qrupları 2018-ci ildə məxməri inqilabla hakimiyyətə gələn ermənistan hökumətinin münaqişənin həlli istiqamətində daha çox ümidlər vəd etməsi haqqında qiymətləndirmə apararkən yeni hökumətin yeni kompromis metodlarına açıq olduğunu və Azərbaycan hökumətinin də buna isti yanaşdığını qeyd edib.. Davamında jurnalistin "Lakin daha sonra Ermənistan ritorikanı dəyişdi.
 
Düşünürsünüzmü ki, artıq hər iki tərəfin kəskin açıqlamaları məsələnin həlli imkanlarını məhdudlaşdırır və Ermənistan əvvəl ifadə etdiyi kompromis yolları və bununla bağlı şansını itiribmi?” sualına isə Mnatsakanyanın cavabı yenidən səthi xarakter daşımaqla sadəcə hər iki tərəfin əslində  müəyyən müddət kompromis üçün açıq addımlar atması və 2019-cu ildə qarşılıqlı olaraq jurnalistlərin Bakıya, İrəvana və Stepanakertə (Xankəndi) səfər etməsinin buna nümunə olduğunu qeyd edib. 

Aparıcı müzakirənin davamında sualının məqsədinin əslində Ermənistanın regionda izolyasida qalmasına dair münasibət öyrənmək olduğunu bildiməklə, Avropa Şurasının  Xarici Əlaqələr üzrə mövzuya dair apardığı qiymətləndirməsində Rusiyanın münasibətində qəti dəyişməz mövqeyin yumşaldığını və Rusiya tərəfindən qüvvələr balansının Azərbaycanın lehinə dəyişdiyinə inanan mövqeyin yaranmasını göstərən məqamlara toxunub. Yekun olaraq bu suala cavab verərkən erməni nazir Rusiya ilə müttəfiqlik əlaqələrinin olmasını və o cümlədən, dünyada çox sayda müttəfiqlərinin mövcudluğunu ifadə edən açıqlama verib.
 
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb