Erməni zabit ordudakı əxlaqsızlıqları bir-bir yazdı

11:22 | 02.09.2017
Erməni zabit ordudakı əxlaqsızlıqları bir-bir yazdı

Erməni zabit ordudakı əxlaqsızlıqları bir-bir yazdı

Ermənistan ordusunda baş verən özbaşınalıqardan danışan  kapitan E. Poqosyanın susdurulması üçün hərtərəfli tədbirlər görülür.

GoldNews.Az xəbər verir ki, Madagizdə yerləşən işğalçı Ermənistan ordusunun 33651 nömrəli hərbi hissəsinin zabiti, aktiv sosial şəbəkə istifadəçisi E.Poqosyan Ermənistan ordusunda baş verənlər barədə bütün çılpaqlığı ilə sosial şəbəkələrdə paylaşımlar yazıb.

Hazırda Ermənistan xüsusi xidmət orqanları tərəfindən sosial şəbəkə səhifəsi bağlanılan kapitan E.Poqosyanın internetdə yazışmalarına görə, barəsində cinayət işi açılıb.   

Ehtimal var ki, həbs edilən kapitan xidmət etdiyi hərbi hissədə baş verənlərlə bağlı tükürpədici açıqlamaların ona məxsus olmadığını, hətta kənar şəxslər tərəfindən ona ləkə yaxmaq məqsədilə  belə yazıların onun adından yazıldığını "könüllü etiraf” edəcəkdir. Əks halda zabit ya ruhu xəstə elan edilərək  xəstəxanaya yerləşdirilə və yaxud, uzun müddət həbsxana divarları arxasında qala bilər. Ermənistanda haqsızılığa qarşı etirazını bildirənlərin aqibətini nəinki qonşu ölkə, hətta dünya ictimaiyyəti də gözəl bilir.
 
 
 
 
 
Edik Poqosyanın paylaşmalarından nümunə:

1.Onlar gözəl göl ətrafında gəzəndə, kef məclislərində iştirak edəndə, arvadlarını dəyişəndə biz burda özümüzü qorxu və təhlükəli bir şəraitdə hiss edirik. Ancaq burda nəsə bir şey baş versə, əclaflar gələcək və bizim başımıza istədikləri oyunu açacaqlar.
Onlar hər cür vəhşiliyi edə bilmək qabiliyyətinə sahibdirlər. Onlar bizim həyat yoldaşlarımız ilə birlikdə olmağı, onları təhqir etməyi düşünür, biz isə necə həyatda qalmağı. Bilmirsən ki, necə hərəkət edəsən əsgər kimi vətənini qoruyasan, yoxsa özünü. Bütün bunlara rəğmən, onlar hər bazarertəsi günü "paxmel" vəziyyətləri ilə bizə qanundan, intizamdan, vətəndən danışırlar.
 
 

2.Əgər onlar məni işdən azad etməsələr və yaxud vətən xaini kimi göstərsələr, mən düşmən tərəfə keçəcəyəm və onları sübut və faktlarla biabır edəcəm. Düzdür, onlar həmişə olduğu kimi onlara qarşı gələn şəxsin özünə və ailəsinə qan uddururlar. Amma anamın canına and içirəm ki, onlar belə hərəkətləri ilə bizə vətəni qorumağa imkan vermirlər. Buna görə də, ancaq xilas olmaq haqqında fikirləşirəm.

İrəvanda bunları oxuyandan sonra nəsə qərarlar qəbul edə və yaxud dəyişdirə bilərlər. Lakin bu yenə də azdır.
Çoxu bütün bunlardan bezib və hər şeyə, hətta yaşadıqları həyata belə nifrət edir və özlərinə qəsd edirlər. Qoy onlar bizə xidmət etmək üçün şərait yaratsınlar və yaxud da bizi azad etsinlər. Onların nə vəzifəsi, nə də başqa bir şeyi bizə lazım deyil.

3.Hər həftənin cümə günü bizim hissə avtopilot rejiminə keçir və tam özbaşınalıq başlayır. Komandirlər bütün məsuliyyəti bizim üzərimizə atıb, öz ciplər ilə istirahət gedirlər. Biz isə burda özbaşına və ac qalırıq. Üç günü Allaha dua etməklə keçiririk.

Söhbət sadəcə yeməkdən getmir. Onlar bizə istirahət də vermirlər ki, biz də ailəmizi, uşaqlarımızı görək.
Bəziləri isə evə qəsdən buraxmırlar, ona görə ki, bu əclaflar səngərlərdə zabitlərin həyat yoldaşlarının namusuna qəsd edirlər.

Hətta özləri ilə birlikdə olduqları həyat qadınlarını da gətirirlər və onlardan telefonçu, tibb bacısı kimi istifadə edirlər.
Hələ mən heç kimin adını vermirəm, ancaq belə davam etsə, mən bütün dünyaya onları təqdim edəcəm.
 
 
 
 
 
4.Vəziyyət elə yaranıb ki, hamı burdan qaçmaq istəyir və mən də onlardan biriyəm. Bölməmi dəyişmək istəmirəm, sadəcə nə ünvanla olur olsun işdən azad olmaq və normal həyat yaşamaq istəyirəm.

Bizim komandirlər məhkəmə qarşısında cavab verməlidirlər. Onların hamısı satılmışlardır. Əgər inanmırlarsa, qoy İrəvandan gəlib bölməni yoxlasınlar.

Əgər onlar belə deyirlərsə, yəni yerli qarabağlılar kimi onda kənar adamlar olmadan gənc za
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM