Ermənicə yazıya Azərbaycan bayrağı ilə cavab

11:00 | 20.09.2015
Ermənicə yazıya Azərbaycan bayrağı ilə cavab

Ermənicə yazıya Azərbaycan bayrağı ilə cavab

Türkiyə İqdır vilayətinin Tuzluca ryonunun girişinə erməni dilində "Xoş gəlmisiniz” yazılması ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. ANS PRESS-in məlumatına görə, bir çox insan bələdiyyənin bu addımına etiraz edərək, Ermənistanda hər hansı bir yerdə türkcə yazı yazılmasından söhbət gedə bilməyəcəyini deyib. 

Tuzluca bələdiyyəsinin bu adımına ən çox etiraz edən Əsassız erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey olub. Sədr dərnək üzvləri ilə birlikdə Tuzlucarayonu Gedikli kəndində 1914 – 1920-ci il tarixləri arasında erməni quldur dəstələri tərəfindən şəhid edilən yerlilərin məzarını ziyarət edib. Gülbey həmçinin bu bölgədə bizansın, gürcülərin, ərəblərin, farsların, rusların, moğolların hakim olduğunu, amma ermənilərin əsla hakim olmadıqlarını vurğulayıb. 


Ötən gün isə Göksel Gülbey Tuzluca bələdiyyəsinə daha kreativ bir addımla cavab verib. Gülbey ASİMDER-in İqdır şəhərinin mərkəzindəki binasından 6 metr uzunluqda Azərbaycanbayrağı asıb. Sədr bunu əks etdirən foto şəkilləri social şəbəkədəki səhifəsində paylaşıb. 


"Kimsə siyasi şou adına ermənicə yazırsa, bu şəhərdə yaşayan xalqın yarısının həssasiyyətini yox sayıb qardaş dedikləri ölkənin bir milyon insanı sürgündə ikən, torpaqlarının 20%nin erməni işğalında olmasını heçə sayaraq ermənicə xoş gəldin deyərsən biz də o qardaş ölkənin bayrağını şəhər meydanından asarıq. O bizi narahat edir, bu da səni narahat etsin. 6 metr uzunluqda, 3 metr genişlikdə AZƏRBAYCAN bayrağını dərnək binamızdan asdıq.” – deyə sədr bayraq üçün yazdığı statusda bildirib. 


İqdır vilayəti Tuzluca rayonunun girişindəki alaqapıya türkcə, kürdcə, ingiliscə və ermənicə "Xoş gəlmisiniz” və "Gülə-gülə” yazılıb. Bu barədə urnalistlərə açıqlama verən Tuzluca bələdiyyəsinin sədri Mehmet Gültekin tarix boyu bu bölgənin müxtəlif mədəniyyətlərə ev sahibliyi etdiyini deyib. Sədr həmçinin ermənilərlə qardaş olduğunu bildirib. 


"… Hörmət icabı Tuzlucanın girişinə ermənicə də "Xoş gəldiniz” yazdıq. Biz buna görə narahat deyilik və çox xöşbəxtik. Sabah ermənilərlə dost olacağıq, ticarətimiz, turistik gediş-gəlişimiz olacaq. Ermənilər bizim qardaşlarımızdır, qonşularımızdır, heç bir şey bunu dəyişdirməyəcək.” 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM