İşğalçılar Ağdamdan 10 km şimal-qərbdə qızıl bəzək əşyaları tapıblar.
Bu haqda "Armenpress”-ə separatçı rejimin arxeoloji ekspedisiyasının rəhbəri Hamlet Petrosyan məlumat verib.
Saxtakar arxeoloqun sözlərinə görə, "qədim erməni şəhəri Tiqranakert” kimi təqdim edilən Şahbulaq qalası ərazisində aparılımış son qazıntılar zamanı digər eksponatlarla yanaşı, qızıl bəzək-zinət əşyaları da tapıılıb.
Xatırladaq ki, işğalçı ermənilər Ağdam rayonunun Şahbulaq yaylağında Şahbulaq saray kompleksi adlı abidənin ətrafında 2006-cı ildən etibarən arxeoloji qazıntılar adı altında 10 hektarlarla torpaq sahəsini korlayaraq guya "erməni çarı II Tiqran tərəfindən eramızdan öncə I əsrdə əsası qoyulmuş”
"Tiqranakert” adlı qondarma bir şəhərin izlərini axtarırlar. Ermənilər Azərbaycan ərazilərində törətdikləri bu cinayət əməllərinə İngiltərə, İtaliya, Amerika və Fransadan da əməkdaşlar cəlb edərək bu qazıntı işlərini beynəlmiləlləşdirərək ona hüquqi don geyindirməyə çalışırlar. Separatçllar xarici turistlərin diqqətini bura çəkmək məqsədi ilə Ağdam rayonu ərazisindəki Şahbulaq saray kompleksini təmir edərək Kompleksin içərisində "Tiqranakert” adlı tarix muzeyinin yaradılmasını elan ediblər.
Əslində həmin ərazidə ermənilərin kilsəyə çevirdikləri qala və içərisindəki məscid Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr tarixi abidələridir. Və erməni "arxeoloqların” həmin qala ətrafında aşkar etdiyi hər bir tapıntı məhz həmin dövr və ondan əvvəlki Azərbaycan yaşayış məntəqələrinə aiddir. Yəqin ki, həmin qızıllar və digər məişət əşyaları da Pənahəli xanın və digər Qarabağ xan, bəylərinin əhli-əyalına məxsus olub...
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !