AŞPA-nın payız sessiyasında erməni nümayəndə heyəti Azərbaycanda ölən erməni əsirin məsələsini qaldıracaq.Axar.az xəbər verir ki, bunu AŞPA-da erməni nümayəndə heyətinin üzvü Naira Zöhrabyan jurnalistlərə verdiyi açıqlamasında deyib.“Məni beynəlxalq hüquq müdafiəçilərinin mövqeyi təəccübləndirir, çünki onların heç biri əsir erməninin Azərbaycanda öldürülməsinə reaksiya vermədi”, - deyə Zöhrabyan bildirib.Deputatın sözlərinə görə, hətta “Azadlıq” radiosunun Azərbaycan xidməti də Karen Petrosyanı tutan azərbaycanlılardan reportaj hazırlayanda onun diversant olduğunu təsdiqlədi: “Heç bir beynəlxalq hüquq müdafiəsi təşkilatı buna reaksiya vermədi. Əminəm ki, mənim də hesabatım beynəlxalq hüquq müdafiəsi təşkilatılarında heç bir reaksiya doğurmayacaq”.Qeyd edək ki, avqustun 7-də erməni diversant Karen Petrosyan Azərbaycan ərazisinə keçərkən Tovuz sakinləri tərəfindən saxlanılmışdı. Petrosyan cəmi 1 gün sonra ürək çatışmazlığından ölmüşdü.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !