Ermənilər ATƏT nümayəndələrini atəşə tutdu

ATƏT nümayəndələri düşmən tərəfindən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra baş verib. Ermənilər bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrini və monitorinq iştirakçılarını atəşə tutublar.ANN.Az
Son xəbərlər
Daha çox 