Ermənilər Azərbaycan ərazisində hərbi təlimə başladı

15:02 | 16.04.2014
Ermənilər Azərbaycan ərazisində hərbi təlimə başladı

Ermənilər Azərbaycan ərazisində hərbi təlimə başladı

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, işğal altındakı ərazilərində təlimlər səhər saat 12:00-dən etibarən başlayıb. Təlimlərin Ağdamın Uzundərə adlı ərazisində keçirildiyi bildirilir. Rayonun cəbhə xəttində yerləşən kəndlərinin sakinlərininin ANS PRESS-ə verdikləri məlumata görə, qarşı tərəf ağır texnikadan istifadə edir. Sakinlər Uzundərə adlanan ərazidə silah səsləri eşidildiyini deyiblər. Sakinlərin sözlərinə görə, hava dumanlı olduğundan mərmi partlayışlarını görmək mümkün olmasa da ağır artilleriya qurğularından açılan atəş səsləri cəbhə xəttinə yaxın yerləşən Çəmənli kəndindən aydın eşidilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb