Ermənistan Ordusu Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub

10:19 | 14.03.2023
Ermənistan Ordusu Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub

Ermənistan Ordusu Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordunun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
 
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
 
Ordunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb