İşğalçı Ermənistan Ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti yaralanıb.
APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Qazax istiqamətində qeydə alınıb.
Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Famil Məlikov yüngül xəsarət alıb. Yaralı zabit hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !