Ermənilər Azərbaycan sərhədindən 300 metr məsafədə yeni aeroport tikir - VİDEO

11:01 | 10.11.2019
Ermənistan Qafan rayonu ərazisində yeni aeroport inşa edib.
"Syunik” adı verilən aeroport 2020-ci il yazında istifadəyə veriləcək.
Aeroportun tikintisinə Ermənistan büdcəsindən 5 milyon dollardan artıq vəsait ayrılıb. Hava limanı Yerevandan Zəngəzura sərnişin daşımaları üçün nəzərdə tutulub.
Xatırladaq ki, Qafan rayonu Azərbaycanın işğal alıtndakı Zəngilan rayonu ilə həmsərhəddir. Aeroport isə Oxçuçay sahilində, Zəngilanla sərhədin 300 metrliyində yerləşir.
(modern.az)
 


www.anews.az
loading...