Ermənilər Bakıda Qarabağın sağlığına içdilər

17:23 | 17.06.2014
Ermənilər Bakıda Qarabağın sağlığına içdilər

Ermənilər Bakıda Qarabağın sağlığına içdilər

“Ermənilər Dağlıq Qarabağın müstəqilliyi şərəfinə badə qaldırıblar”.
 
Bu sözləri Axar.az–a NATO-nun Bakıdakı tədbirindən açıqlama verən millət vəkili Zahid Oruc deyib.
 
Millət vəkilinin sözlərinə görə, bu gün də davam edən tədbirdə Cənubi Qafaqazın Təhlükəsizlik məsələsi ətrafınada çox uğurlu təqdimatlar olub və mühüm fikirlər səsləndirilib: 
 
"NATO seminarına qatılan ermənilərin tədbiri əsas mövzulardan uzaqlaşdırmaq, iki dövlət arasında siyasi vuruşlara həsr etmək, bizi müəyyən mənada emosional mövqelərə təhrik etmək, mövzuların diskusiyasına maneə törətmək, NATO-nun tədbirdə iştirak edən çoxsaylı qonaqlarını mövzulardan yayındırmaq, ayrılan vaxtın gələcək strategiyaların səmərəsiz olduğuna inandırmaq kimi cəhdləri boşa çıxıb”.
 
Zahid Oruc həmçinin bildirib ki, aparıcı moderator Poll tədbirdə erməni parlamentarisinin təxribatçı mövqeyini və leksikonunu qınayaraq mikrofonu söndürüb. Bununla da sübut olunub ki, səngərdə dayanıb atəş açan ermənilərlə tədbirə polemika məqsədi ilə gələnlər arasında heç bir fərq yoxdur:
 
“Məndə olan dəqiq məlumata görə, tədbirin əsas hissəsindən çıxan ermənilər, - ifadəmə görə üzr istiyirəm, - ayaqyoluna gedərək orada Dağlıq Qarabağın müstəqilliyi şərəfinə badə qaldırıb, 10 dəqiqədən sonra isə çıxıblar. Daha sonra dırnaqarası sağlıq hadisəsini Tvitter sosial şəbəkəsində paylaşıblar. Ermənilərin bu qeyri-etik davranışı birincisi onların ədəblərinin hansı səviyyədə olduğunu ortaya qoyur, ikinçisi isə Qarabağın sağlığını ancaq onlar belə bir yerdə deyə bilərdilər, üçüncüsü, bəlkə də hər hansı reaksiya olacağından sığortalanmaq üçün ediblər, dördüncüsü isə mən onlar tərəfdən hər iki şəxsi çox yaxşı tanıyıram. Guya sözdə dostluq, əməkdaşlıq, sülh dilini yansıtsalar da, altında xirtdəyəcən erməni niyyətinin gizləndiyinin dəfələrlə şahidi olmuşuq.
 
NATO-nun tədbiri hazırda da davam edir və düşünürəm ki, Azərbaycan özünün əsas mövqeyini ortaya qoya bilib".
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM