Ermənilər cəbhə xəttində mövqelərini möhkəmləndirir

12:50 | 09.06.2014
Ermənilər cəbhə xəttində mövqelərini möhkəmləndirir

Ermənilər cəbhə xəttində mövqelərini möhkəmləndirir

Ermənistan ordusu cəbhə xəttində müdafiə mövqelərində möhkəmləndirmə işlərinə başlayıblar.APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, cəbhənin cənub-şərqində – Füzuli rayonunun Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur. Əsasən gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb. Azərbaycan tərəfi düşmənin cəhdlərini önləməyə çalışır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM