Ermənilər dinc sakinimizi yaraladı

15:53 | 04.10.2014
Ermənilər dinc sakinimizi yaraladı

Ermənilər dinc sakinimizi yaraladı

Ermənilər bu gün daha bir dinc Azərbaycan vətəndaşını yaralayıblar. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, hadisə Tərtər rayonunun Qapanlı kəndində baş veriib. Kənd sakini, traktor sürücüsü Alqayıt Quliyev sol ayağının bud nahiyəsindən yaralanıb. O, traktoru ilə oktyabrın 2-sində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəş açılmış ekskavatoru çıxarmar istəyirmiş. Həmin gün ekskavatorun sürücüsü heç bir xəsarət almamışdı.Alqayıt Quliyev kənd sakinlərinin köməyi ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, güllə Alqayıt Hüseynovun ayağını sıyırıb. Xəstənin vəziyyəti normaldır. Yardım göstərildikdən sonra evə buraxılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM