Ermənilər girovları öldürmək istəyir

17:36 | 08.12.2014
Ermənilər girovları öldürmək istəyir

Ermənilər girovları öldürmək istəyir

Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində "sərhəddi qanunsuz keçməkdə və qəsdən adam öldürmək”də təqsirləndirilən kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəməsi” davam edir.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, sonuncu "məhkəmə prosesi” zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev tərəfindən öldürüldüyü iddia edilən Sumbat Çakanyanın qohumları kəlbəcərli girovların onlara təhvil verilməsini tələb edib. Sumbat Çakanyanın anası bununla bağlı yerli KİV-lərə açıqlama verib: "Bilirəm ki. dekabrın 12-də vəkillərin və prokurorların çıxışı olacaq. İndidən aydındır ki, Əsgərov Sumbatı öldürüb, amma bunu etiraf etmir. Mən oğluma 7 dəfə atəş açan insanın mühakimə olunmasını istəmirəm. Qoy, onu mənə versinlər!”.

"Məhkəmədə” çıxış edən zaman o oğlunun rus və ingilis dillərini bilmədiyini deyib. Onun iddiasına görə, kəlbəcərli girovlar Sumbatla erməni dilində danışıblar:"Yəqin ki, oğlumdan Kəlbəcərə necə getmək lazım olduğnu soruşublar. O isə elə bilib ki, qarşısındakılar turistlərdir və kömək etmək qərarına gəlib. Onlar isə yolda Sumbatı öldürüblər”.

Kəlbəcərli girovların məhkəmə prosesi oktyabrın 27-də başlayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM