Ermənilər Həsənin meyitini qaytarmağa hazırdılar

21:14 | 26.09.2014
Ermənilər Həsənin meyitini qaytarmağa hazırdılar

Ermənilər Həsənin meyitini qaytarmağa hazırdılar

Qondarma “Dağlıq Qarabağ respublikası”nın separatçı hakimiyyəti Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitini qaytarmağa hazır olduqlarını bəyan ediblər. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılmışdı.BQXK-dan Trend-ə verilən məlumata görə, öldürüldüyü iddia edilən azərbaycanlı Dağlıq Qarabağda dəfn edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM