Atəşkəs rejimini mütəmadi pozan erməni təxribatçıları dinc əhali ilə yanaşı, mülki obyektləri də atəşə tutmaqda davam edirlər.
İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, aprelin 27-dən 28-nə keçən gecə ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Ağdamın Əfətli kəndində yerləşən "Qara inək fermer təsərrüfatı” MMC-yə ciddi ziyan dəyib, ofis binası dağılıb, sağım sistemi sıradan çıxıb, təsərrüfatın südün saxlanılması hissəsinə və tövlələrə ciddi zərər dəyib, çoxlu sayda mal-qara tələf olub.
Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri Ağdamın Əfətli kəndində güzəştli kreditlərdən istifadə etməklə yaradılan "Qara inək fermer təsərrüfatı”nda olub, təsərrüfata baxış keçiriblər.
"Qara inək fermer təsərrüfatı”nın fəaliyyətinin bərpası üçün sahibkara lazımi köməklik göstərilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !