Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilər indi də Gürcüstan ərazisini göz dikib. Bu dəfə onlar Gürcüstanla sərhəddə yerləşən tarixi məkanı öz adlarına çıxmaq istəyirlər. Söhbət Xuçap monastrından gedir.
İstiPress-in məlumatına görə, Tiflisdə hökumət binası yaxınlığında erməni işğalçılığına qarşı aksiya da keçirilib. "Erməni işğalının qanuniləşdirilməsinə son" şüari altında keçən aksiyanı "Milliyətçi gürcü mədəniyyəti" təşkilatının üzvləri təşkil ediblər.
Təşkilat üzvi Qiorqi Çelidzde deyib ki, hökumət ölkənin ərazisini müntəzəm olaraq öz qonşularına verir. "İndi növbə meşənin yaxınlığındakı Xuçap monastrına çatıb. Bu ərazinin Ermənistana aid olması ilə bağalı məlumatlar yayılıb. XİN demarkasiya prosesinin getdiyini açıqlayıb. Bu prosesə görə, Xuçap və ona yaxın ərazilər Ermənistana aiddir. Bu satqınlıqdır. Çünki SSRİ-də yaradılan xəritəyə əsasən qərar qəbul edilir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !