Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törədiblər.Bu barədə APA-nın Qarabağ bürosuna Tərtərin Həsənqaya kəndində məskunlaşan məcburi köçkünlər məlumat veriblər. Sakinlərin sözlərinə görə, erməni hərbçiləri Umudlu-Ağdərə yolunun sağ tərəfində - keçmiş Ağdərə rayonunun Çardaqlı kəndi yaxınlığında kolluqlara od vurublar. Yanğın yol boyunca təxminən 3 kilometr ərazini əhatə edib. Xatırladaq ki, hər il yaz-yay aylarında ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədirlər. Nəticədə fauna və floraya ciddi zərər dəyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !