İrəvanlılar rejimdən Qarabağdan qoşunları çıxarmağı tələb edirlər
Səhər saatlarında İrəvan sakinləri müharibə əleyhinə yürüş keçiriblər.
ANS PRESS-in məlumatına görə, yürüş Respublika meydanından Azadlıq meydanına qədər davam edib.
Əllərində Ermənistan və Avropa Birliyinin bayraqları olan yürüş iştirakçıları bildiriblər: “Bu bizim müharibə deyil, rejimin müharibəsidir”.
"Tert.am"la söhbət edən yürüş iştirakçılarından biri məramlarını bütün Ermənistan əhalisinə çatdırmaq istədiklərini bildirib: “Biz cəmiyyətlə müzakirələrə girmək istəyirik”.
Onlar rejimdən Qarabağdan qoşunları çıxarmağ tələb edir.
İrəvan rejimi mitinqlə bağlı məlumatları yaymağa mane olur. Erməni jurnalist mitinqin şəkillərinin gizli çəkib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !