Parisdə Glory 42 kikboksinq gecəsində qeyri-adi hadisə baş verib.
Anews.az isport.ua-ya istinadən xəbər verir ki, erməni idmançı Artur Qriqoryan və hollandiyalı idmançı Mertel Qroenhart arasında keçirilən döyüş zamanı sonuncu rəqibini öz küncünə gedərkən nokaut edib.
Hakim döyüşü dayandırmadan, raund başa çatmadan naməlum səbəblər üzündən əllərini aşağı salıb döyüşməyə son qoyan erməni idmançısının da hərəkəti suallar doğurur.
Döyüşü izləyən azarkeşlər Qroenhartın hərəkəti ilə razılaşmayıblar, onlar rinqə qalxaraq hollandiyalı idmançıya hücum ediblər. Şərhçi Todd Qrişam baş verənləri idmanda indiyə qədər gördüyü ən ağlasığmaz hadisələrdən biri adlandırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !