Ermənilər mal-qaranı diri-diri yandırdılar - VİDEO

16:41 | 02.07.2014
Ermənilər mal-qaranı diri-diri yandırdılar - VİDEO

Ermənilər mal-qaranı diri-diri yandırdılar - VİDEO

Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində yanğın olub.ANS TV-nin məlumatıan görə, Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu bölgələrdən biri Goranboy rayonunun təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi olub. Qarabağ büromuzun verdiyi məlumata görə, gecə saat 01:30 radələrindən başlayaraq təqribən yarım saat kəndi atəşə tutan qarşı tərəf əsasən iri çaplı silahlardan və yandırıcı güllələrdən istifadə edib. Güllələrdən birinin kənd sakinlərinin tövləsinə dəyərək yanğına səbəb olub. Təqribən 3 saata yaxın davam edən yanğında tövlədəki iribuynuzlu mal-qara diri-diri yanıb. Eyni zamanda 14 ton ot da külə dönüb. Hadisə yerinə cəlb olunan Goranboy rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun evlərə keçməsinin qarşını ala biliblər. Hazırda Goranboy istiqamətində təmas xəttində monitronq keçirən ATƏT rəsmiləri də hadisənin baş verdiyi kəndədəirlər.Kənd sakini Fikrət Nağıyevin sözlərinə görə yanğınsöndürənlər alovun evə keçməsinin qarşısını ala biliblər.Kənd sakini Zaur Nağıyev dedi ki, əkinyanı sahələrin çoxu erməni işğalçılarının sərhəddinə yaxın olduğu üçün ora yaxınlaşmaq mümkün deyil.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM