“Ermənilər meyitləri dəyişmək istəmir”

09:12 | 13.08.2014
“Ermənilər meyitləri dəyişmək istəmir”

“Ermənilər meyitləri dəyişmək istəmir”

Həsən Həsənovun ailəsi gözləyir, girovlar isə ailələrinə məktub yazıbİşğal altındakı Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı nümayəndəliyi vasitəsilə ailələrinə yeni məktub yollayıblar.Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, komitənin Yerevan  nümayəndəliyinin proqram və kommunikasiya rəhbəri Zara Amatuni deyib ki, Qarabağdakı nümayəndəliyin təmsilçiləri avqustun 11-də axşam Quliyev və Əsgərovla görüşüblər: “Reqlamentə uyğun keçirilən görüşdə əslən Kəlbəcərdən olan Quliyev və Əsgərov məktub verərək Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsinə Bakıdakı həmkarlarına çatdırmağı xahiş ediblər”.Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə Musavat.com-a açıqlamasında bildirib ki, sonuncu məktub barədə xəbərsizdirlər: “Hələ bizə bu barədə heç nə deməyiblər”. Girovların taleyindən narahatlığını bildirən K.Əsgərovun sözlərinə görə, onların yazdıqları məktublarda qısa və eyni cümlələr olur, məktubdan onlarla bağlı məlumat almaq mümkün deyil: “Atamın öz xətti ilədir məktublar. Ancaq heç nə yazmır ki, salam, yaxşıyam, vəssalam”. Onun sözlərinə görə, ailə də məktub göndərə bilir. Biz də yazırıq ki, salam, biz də yaxşıyıq".Həsən Həsənovun qardaşı Nail Həsənov isə qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının Ermənistanda olduğu barədə məlumatları mətbuatdan izləyib: “Bizim girovlarla görüşüblər. Biz də Qırmızı Xaç-ın Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq, qardaşımın meyitinin gətirilməsi ilə bağlı məsələnin nə yerdə olması ilə maraqlandıq. Dedilər ki, hələ bununla bağlı bir məlumat yoxdur, danışıqlar prosesi gedir. Ermənistan meyitlərin dəyişdirilməsində maraqlı deyil. Bizi gözlədirlər. Biz tərəfdən yəqin hazırdır, ermənilər prosesi ləngidir. Bilmirik nəyə görə”. Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov bir müddət öncə Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Sonuncunun öldürülərək Dağlıq Qarabağda dəfn olunduğu bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM