Ermənilər Pyotra “erməni bici” dedilər

13:57 | 18.08.2014
Ermənilər Pyotra “erməni bici” dedilər

Ermənilər Pyotra “erməni bici” dedilər

Onların iddiasına görə, Rusiya imperiyasının banisinin atası da, anası da ermənidirErmənilərin iddiasına görə, Rusiyanı Osmanınlının vassalı Krım xanlığının asılılığından xilas edərək imperiyaya çevirmiş Böyük Pyotrun həqiqi atası ermənidir.ANS PRESS-in məlumatına görə, bu barədə erməni tarixçi Ruben Barents yeni çapdan çıxmış “Geosiyasət. Daxildən baxış” kitabında iddia edir.Müəllifin iddiasına görə, Böyük Pyotrun anası, guya milliyyətcə erməni olmuş Nataliya Narışkina sarayda fəaliyyət göstərən erməni rəssam Boqdan Saltanova aşiq olur. Müəllif hətta iddia edir ki, onlar öz aralarında ermənicə danışırmışlar. Nəticədə, Nataliya Narışkina Boqdan Saltanovdan hamilə qalır və Böyük Pyotr doğulur. Ruben Barents hətta bir qədər irəli gedərək, bu qeyri-qanuni hamiləliyin çar ailəsinin razılığı ilə, guya dövləti alicənab erməni geninə təslim etmək məqsədi ilə gerçəkləşdirildiyi iddia edir.Təbii ki, bütün bunlar ağ yalandır. Narışkinlər mənşəcə xəzər türklərinin törəməsidir. Babaları Mordka Kubrat Krımdan gəlmişdi və yəhudi dinini qəbul etmiş karaim türkü idi. Onun ləqəbi Narış olub. Rusiyada xristianlığı qəbul edən Narışkinlərə sonradan zadəganlıq verilib və hakim ailə ilə qohum olublar.Narışkinlər türk mənşəli olduqlarını həmişə xatırlayıblar və Pyotra həmişə tövsiyyə ediblər ki, çətinliyə düşəndə Osmanlıya müraciət etsin. Pyotrun babası Kiril Narışkinin Osmanlı sultanları ilə çox yaxşı əlaqəsi olub. Poltava müharibəsində Osmanlı imperiyasının 80 minlik ordu ilə İsveç qoşununu arxadan vuraraq məhv etməsini də əksər tarixçilər bu əlaqələrlə izah edirlər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM