Ermənilər Qarabağ üçün pul yığacaq

16:22 | 22.10.2014
Ermənilər Qarabağ üçün pul yığacaq

Ermənilər Qarabağ üçün pul yığacaq

Ermənistanın Ümumilli “Hayastan” fondu noyabrın 27-də Qarabağı Ermənistanla birləşdirəcək Vardenis-Ağdərə yolunun maliyyələşməsi üçün növbəti telemarafon keçirəcək. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, fondun Los-Ancelesdəki ofisində keçiriləcək 12 saatlıq marafon zamanı dünya erməniləri xüsusi açılan bank hesablarına ianələr köçürəcəklər. Toplanan vəsait isə artıq tikilməkdə olan Vardenis-Ağdərə yolununu yekun maliyyələşdirilməsinə və işğal altındakı Dağlıq Qarabğın kəndlərində icma mərkəzlərinin inşasına sərf olunacaq. Telemarafonun Avropa regionu üzrə siması isə Fransa yığmasının keçmiş oyunçusu Kristian Karambönün keçmiş  həyat yoldaşı, hazırda erməni iş adamı Aram Ohanyanın arvadı olan fotomodel Adriana Sklenarikova olacaq. “Hayastan fond”u buna qədər keçirdiyi 16 telemarafon vasitəsilə Ermənistana və Dağlıq Qarabağa 250 milyon dollar vəsait toplayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM