Azərbaycanın işğal altındakı ərazilərində separatçı rejim mütəmadi olaraq qanunsuz uçuşlar həyata keçirir. Modern.az saytı xəbər verir ki, Xocalı aeroportunda kommersiya məqsədilə aztutumlu 2 “CH-701” markalı təkmotorlu təyyarələrdən istifadə olunur.2012-ci ilin avqustunda kiçik aviasiyanın inkişafı məqsədilə “Dağlıq Qarabağ hökuməti” Xocalı aeroportuna 2 belə təyyarə ayırıb. Göyərtəsində 4 sərnişin daşıya bilən bu hava gəmiləri Xankəndi, Şuşa və Ağdərə üzərindən uçuşlar həyata keçirir. Bu uçuşlar xarici və yerli turistlər üçün nəzərdə tutulur.Yerli separatçılar təhlükəsizlik məqsədilə uçuşları cəbhə xəttindən bir neçə kilometr uzaqlıqda həyata keçirirlər. Təyyarələrin idarə olunması üçün Xankəndində aviasiya kurslarını bitirən pilotlardan istifadə olunur. Separatçı rejimin “Dağlıq Qarabağ Mülki Aviasiya İdarəsi” yaxın zamanlarda yeni aztutumlu təyyarələrin alınacağını bildirib.Xatırladaq ki, amerikalı aviamühəndis Kris Haynts tərəfindən yaradlılan “CH-701” təyyarələri saatda 120 kilometr sürətlə 500 kilometrə qədər məsafəyə uçuş həyata keçirə bilər. Dünyada 500-dən artıq nümunəsi olan “CH-701” təyyarəsi beynəlxalq bazarda 60 min dollar qiymətindədir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !