Ermənilər qondarma "Qarabağ brendi" hazırlayır -FOTO

10:03 | 16.10.2014
Ermənilər qondarma "Qarabağ brendi" hazırlayır -FOTO

Ermənilər qondarma "Qarabağ brendi" hazırlayır -FOTO

Erməni işğalçı rejimi İrəvanda beynəlxalq kommunikasiya “Biennale” çərçivəsində xarici mütəxəssislərə gələcəkdə inkişaf etdiriləcək “Qarabağ brendi”ni təqdim edəcək. ANN.Az modern.az-a istinadən xəbər verir ki, bu haqda oktyabrın 15-də mətbuat konfransı zamanı Armen Martirosyan məlumat verib.

«Prime Commercial» kompaniyasının direktoru Samvel Sahakyan qeyd edib ki, mütəxəssislər Qarabağa (işğal edilmiş torpaqlar-Q.Ş) səfər edəcəklər. "Onlar Qarabağda yaşayan ermənilərin tarixi, mədəniyyəti və ənənələri ilə tanış olacaq, bir il ərzində yaradılmış “Qarabağ brendi” sonda dünyaya təqdim ediləcək”-deyə ,o, əlavə edib.

A.Martirosyan həmçinin bildirib ki, Qarabağa səfər zamanı mütəxəssislər özləri əlləriylə “erməni dolması”, eləcə də şərab hazırlamaq üçün üzüm sıxacaq və kabab hazırlayacaqlar.

Azərbaycan milli mətbəxindən olan dolmanı mənimsəyən A.Martirosyan “erməni qonaqpərvərliyi” çərçivəsində danışmaqdan belə utanmayıb: “Biz onların öz əlləriylə hazırladıqları erməni qidalarını erməni qonaqpərvərlik təbiəti kimi başa düşülməsini arzulayırıq”.

Xatırladaq ki, oktyabrın 16-dan 18-nə kimi İrəvanda beynəlxalq xarakterli kommumikasiya “Biennale” keçiriləcək. Orada məhşur şirkətlər, münsif üzvləri və 10-dan çox ölkənin  iştirakı gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM