Ermənilər "Qarabağ"da təlimlərini davam etdirirlər

14:25 | 14.11.2014
Ermənilər "Qarabağ"da təlimlərini davam etdirirlər

Ermənilər "Qarabağ"da təlimlərini davam etdirirlər

Ermənistan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan ərazilərində keçirdikləri «Birlik-2014» təlimlərində ötən gün hava hücumundan müdafiə vasitələrindən praktik atışlar keçiriblər.ANN.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat Ermənistana məxsus internet saytlarından götürülüb. Erməni silahlı birləşmələri «Osa» zenit-raket kompleksi (NATO kodu SA-8 Gecko) ilə keçirdikləri atışların fotolarını yayımlayıblar.Atışların hansı ərazidə keçirildiyi barədə məlumatlar verilməyib.Qeyd edək ki, ermənilərin açıqladığı rəsmi məlumata görə, təlimə 47000 nəfər şəxsi heyət, 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub. Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim zamanı Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb